Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
Apasport.az saytı xəbər verir ki, “Əl-Nəsr”in 38 yaşlı hücumçusu futbol tarixində mindən çox məğlubiyyətsiz oyun keçirən ilk futbolçu olub.
Ümumilikdə Portuqaliya millisinin kapitanının hesabında 777 qələbə, 224 heç-heçə və 182 məğlubiyyət var. 1001 məğlubiyyətsiz oyunun 21-i "Sportinq", 284-ü "Mançester Yunayted", 386-sı "Real Madrid", 114-ü "Yuventus", 27-si "Əl Nəsr" və 168-i millidə oynayarkən olub.
Qeyd edək ki, Kriştiano Ronaldo beş dəfə "Qızıl top" mükafatının qalibi olub. O, beş dəfə Çempionlar Liqası (1 dəfə "Mançester Yunayted"lə və 4 dəfə "Real Madrid"lə), üç dəfə İngiltərə, 2 dəfə isə İspaniya və İtaliya çempionu olub. Forvard Portuqaliya millisi ilə 2016-cı ildə Avropa kubokunu başı üzərinə qaldırıb.
- Danimarka KUPONU
- “Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
- “Sabah” “Zirə”yə qalib gəldi, Tovuzda qollu bərabərlik - YENİLƏNİB
- “Qarabağ” akademiyasının komandaları Qətərə yollanıb
- Qrup mərhələsinin yekunu: İngiltərə nəhənglərindən sonra “Qarabağ” – UEFA STATİSTİKASI