Ronaldonu şallaq cəzası gözləyir
11.10.2023 - 17:23
Ronaldonu şallaq cəzası gözləyir

Ronaldo İranda əlil qızı öpdüyünə görə 99 şallaq zərbəsi ala bilər.

Apasport.az xəbər verir ki, fanatına qarşı hərəkəti ilə ölkə qanunlarını pozan Portuqaliyalı hücumçu yenidən ölkəyə gələrsə, cəzalanacaq.

Hadisə sentyabrın 19-da Çempionlar Liqasının “Persepolis”lə səfər oyunundan sonra baş verib. Belə ki, matçdan sonra Fatimə adlı azakeş oyunçu ilə görüşmək istəyib. Bu istəyi rədd etməyərək əlil qızı öpməsi isə ulduz oyunçunun başına problem açıb.

Qeyd edək ki, “Əl-Nəsr”in 38 yaşlı futbolçusu bu mğövsüm oynadığı 11 matçın hamısında qol vurub və 6 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0