Sabiq baş məşqçisini qaytarmağa qərar verdi
14.10.2022 - 14:08
Sabiq baş məşqçisini qaytarmağa qərar verdi

İngiltərənin “Vulverhempton” klubu sabiq baş məşqçisi Nunu Eşpiritu Santunu geri qaytarmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb.

48 yaşlı çalışdırıcı 2021-ci ilin mayında Premyer Liqa təmsilçisindən ayrılıb. “Canavarlar” onun rəhbərliyi altında Avropa Liqasının 1/4 finalına qədər irəliləyib.

Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlində 18-ci olan komandanı digər portuqaliyalı Bruno Laje çalışdırır.
 

writer photo
Əlirza Əlirzalı
0