Sabiq klub prezidenti SAXLANILDI
04.04.2023 - 16:05
“Anje”nin sabiq prezidenti Said Şaban polis tərəfindən saxlanılıb.
Apasport.az saytının məlumatına görə, çirkli pulların yuyulmasında şübhəli bilindiyui üçün məhkəməyə çağırılan funksioner sonradan saxlanılıb.
O, həm də qeyri-qanuni şəkildə futbolçulara agentlik etməkdə günahlandırılır. İstintaq şübhəli maliyyə əməliyyatlarını və klubun bir neçə transferində agentlərin rolunu araşdırır.
Şaban bu ilin martında “Anje”dən ayrılıb. O, 12 il kluba rəhbərlik edib.
Qeyd edək ki, Şaban 2020-ci ildə seksual təcavüzdə də ittiham olunub. Bununla bağlı məhkəmə bu ilin iyununa planlaşdırılıb.
0
0