"Adana Dəmirspor"un prezidenti Murat Sancak tutduğu vəzifədən istefa verib.
Apasport.az xəbər verir ki, yeni prezident Mətin Qorxmaz olub.
Sancak bu qərarın səbəbini sosial media hesabında belə açıqlayıb:
"Bəzi sosial media hesablarında prezidentliyi təhvil verməyimin səbəbini anlamayanlar var idi. Onların başa düşə biləcəyi bir dillə deyim ki, mən haqqımı tələb etdikcə, mənə cəzalar verilir. Bu cəzaları da toplasaq, o deməkdir ki, mən 2 il boyunca heç bir haqq tələb edə bilmərəm və bu da klub idarəçiliyinə sirayət edir. Buna görə, vəzifəmi tərk etdim. Ən böyük hədəfim bu şəbəkələrə qarşı mübarizə aparmaqdır".