Serxio Buskets milli karyerasını bitirdi
16.12.2022 - 16:44
Serxio Buskets milli karyerasını bitirdi

Serxio Buskets İspaniya millisindəki karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Qətərdəki DÇ-2022 dayaq yarımmüdafiəçisinin millidəki son turniri olub. Onun komandası 1/8 finalda Mərakeşə penaltilər seriyasında uduzub.

Qeyd edək ki, Buskets yığmada 143 matçda 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0