“Sevilya” Kundeni saxlaya bilmir
18.07.2022 - 22:46
“Sevilya” müdafiəçisi Jül Kundeni komandada saxlaya bilməyəcək.
Apasport.az saytının məlumatına görə, buna səbəb Avropanın top-klublarının gənc futbolçu uğrunda gərgin mübarizə aparmasıdır.
Xüsusən də, “Barselona” ilə “Çelsi” Fransa millisinin üzvünü heyətinə cəlb etmək üçün yarışır. Bu mübarizədə Premyer Liqa təmsilçisi maliyyə baxımından favorit hesab edilir. Lakin 24 yaşlı oyunçu özü İspaniyada qalmaq və “Barselona”da oynamaq arzusundadır.
Qeyd edək ki, Jül Kundenin “Sevilya” ilə müqaviləsi 2024-cü ilə qədərdir.
- Nuqzar Kvirtiya: “Premyer Liqamızın iki iddialı klubu ilə danışıqlar aparıram” - MÜSAHİBƏ
- Bəxtiyar Musayev: “Kəpəz” daha ağır nəticələrlə üzləşə bilər”
- “Atletiko” və “Jirona”dan inamlı qələbə
- "Braqa"nın baş məşqçisi: "Məyusluğu və kədəri aydın başa düşürəm"
- “Mayami” Lillardın transferi üçün variantlar axtarır
0
0