Superkuboka aparıcı hücumçusuz
10.08.2022 - 10:12
Superkuboka aparıcı hücumçusuz

“Ayntraxt” UEFA Superkubokunda “Real”la oyuna tam heyətlə çıxmayacaq.

Apasport.az saytının məlumatına görə, hücumçu Filip Kostiç həlledici matçda iştirak edə bilməyəcək.

Bunu Almaniya klubunun mətbuat xidməti yayıb. Səbəb kimi, Serbiya millisinin üzvünün başqa kluba transfer ehtimalı göstərilib. Bildirilib ki, hazırda bu məsələ ilə bağlı danışıqlar getdiyindən, məşqçilər korpusu Filipin iştirakına ehtiyac duymayıb.

Qeyd edək ki, bu gün Helsinkidə keçiriləcək “Real” – “Ayntraxt” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0