“Sevilya” uruqvaylı mütəxəssisə tapşırıldı
10.10.2023 - 20:23
“Sevilya” uruqvaylı mütəxəssisə tapşırıldı

“Sevilya” yeni baş məşqçi ilə müqavilə imzalayıb.

Apasport.az saytı xəbər verir ki, Dieqo Alonso komandaya başçılıq edəcək.

Uruqvaylı mütəxəssislə mövsümün sonunadək razılaşma əldə olunub. O, bu vəzifədə istefaya göndərilən Xose Luis Mendilibarı əvəz edib. Onun son iş yeri Uruqvay yığması olub. Dieqo Alonso 2021-ci ilin dekabrından 2023-cü ilin fevralına kimi ölkə millisinə rəhbərlik edib.

Qeyd edək ki, uruqvaylı məşqçi “İnter Mayami”, “Monterrey”, “Paçuka”,  “Olimpiya” (Paraqvay) və “Penyarol” klublarında fəaliyyət göstərəcək.
 

writer photo
Əlirza Əlirzalı
0