Şeyxdən “Mançester Yunayted” üçün son təklif
29.04.2023 - 14:24
Şeyxdən “Mançester Yunayted” üçün son təklif

Qətər şeyxi Casim bin Həməd Al Tanı “Mançester Yunayted”i almaq üçün son təklifini edib.

Apasport.az saytı xəbər verir ki, o, “qırmızı şeytanlar”a sahib olmaq üçün maksimum 5 milyard funt sterlinq verə biləcəyini açıqlayıb.

Şeyxin təklifində klub infrastrukturuna əhəmiyyətli əlavə vəsait və investisiyaların yatırılması planı da var. “Mançester Yunayted”in sahibi olan Qleyzerlər ailəsi hələlik ərəblərin bu təklifinə hər hansı cavab verməyib. 

Qeyd edək ki, amerikalılar satışa razılıq verərsə, bu idman tarixinin ən bahalı sövdələşməsi olacaq. Çünki indiyə kimi heç vaxt bir idman klubu üçün belə məbləğ ödənilmiyib.

writer photo
Əlirza Əlirzalı
0