"Siti" qapıçısı ilə bağlı qərar verdi
10.06.2024 - 12:34
"Siti" qapıçısı ilə bağlı qərar verdi

“Mançester Siti” qapıçısı Stefan Orteqa ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa nəhəngi qolkiperin müqaviləsini yeniləyib.

Məlumatda, 31 yaşlı oyunçunun sözləşməsi 2026-cı ilin yayınadək uzadıldığı bildirilib. 

Qeyd edək ki, almaniyalı futbolçu 2022-ci ilin iyul ayından İngiltərə klubunun şərəfini qoruyur. 

writer photo
Əlirza Əlirzalı
0