Stefan Kuntza alman millisindən təklif
27.09.2023 - 16:47
Stefan Kuntza alman millisindən təklif

Stefan Kuntzun işsiz günləri uzun çəkməyəcək. 

Apasport.az saytı xəbər verir ki, 60 yaşlı alman məşqçi ölkəsinin qadınlardan ibarət yığma komandasını çalışdıra bilər.

Mütəxəssis düşünmək üçün vaxt istəyib. Əgər Kuntz bu təklifi qəbul edərsə yığmanın hazırkı baş məşqçisi Martina Voss-Teklenburq idman direktoru vəzifəsinə keçəcək.

Qeyd edək ki, son olaraq Türkiyə millisinə (2021-2023-cü illər) rəhbərlik edən Stefan Kuntz ötən günlərdə postundan göndərilib.

writer photo
Əlirza Əlirzalı
0