"Trabzonspor" hücumçusu ilə yollarını ayırıb
19.08.2024 - 23:22
"Trabzonspor" hücumçusu ilə yollarını ayırıb

Türkiyə Super Liqasının iddialı klublarından olan "Trabzonspor"da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi hücumçusu Maksi Qomezlə yollarını ayırıb.

28 yaşlı uruqvaylı forvardla gedişi ilə bağlı qarşılıqlı razılıq əldə olunub. 

Qeyd edək ki, Maksi "Trabzonspor"a İspaniyanın "Valensiya" klubundan keçmiş, ötən mövsümü icarə əsasında eyni ölkənin "Kadiz" komandasında keçirmişdi. 

writer photo
Əlirza Əlirzalı
0