"Trabzonspor"da yeni müdafiəçi - RƏSMİ
08.02.2025 - 20:21
"Trabzonspor"da yeni müdafiəçi - RƏSMİ

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub "Qaziantep"dən Mustafa Eskihellaçı transfer edib.

Bu barədə Qara Dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" sol cinah müdafiəçisi üçün 15 milyon türk lirəsi ödəyib. 27 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mustafa Eskihellaç bu mövsüm "Qaziantep"in heyətində 18 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0