Üç oyun, üç minimim hesablı qələbə
10.08.2023 - 00:42
Üç oyun, üç minimim hesablı qələbə

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, keçirilən üç oyunun ikisində meydan sahibləri qələbə qazanıblar.

“Panatinaikos” öz meydanında “Marsel”ə 1:0 hesabı ilə qalib gəlib. Qələbə topunu 83-cü dəqiqədə Bernard vurub. “Reyncers” isə “Servett”dən üstün olub. Minimum hesabla uduzan İsveçrə təmsilçisi cavab matçı ərəfəsində şansını qoruyub.

İrsail çempioni Slovakiyada qələbə qazanıb. “Slovan”ı məğlub edən Hayfa “Makkabi”si növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, mərhələnin cavab matçları bir həftə sonra baş tutacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust


“Slovan” (Slovakiya) - “Makkabi” Hayfa (İsrail) – 1:2
“Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan) – 1:0
“Reyncers” – “Servett” (İsveçrə) – 2:1
 

writer photo
Əlirza Əlirzalı
0