UEFA İstanbul klubundan üzr istəyib
09.11.2024 - 09:36
UEFA İstanbul klubundan üzr istəyib

UEFA Avropa Konfrans Liqasının 3-cü həftəsində “Başakşehir” səfərdə “Kopenhagen”lə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Kopenhagen tribunalarının açdığı təhqiramiz pankart sosial mediada gündəm olub.

Məsələ ilə bağlı açıqlama verən İstanbul təmsilçisinin prezidenti Göksel Gümüşdağ UEFA-nın "Kopenhagen" matçındakı xoreoqrafiyaya görə "Başakşehir" klubuna üzrxahlıq məktubu göndərdiyini bildirib:

"Biz UEFA-nın pankartı qəbul etməsinə etiraz etdik. 3 saat sonra UEFA-dan üzrxahlıq mesajı gəldi. Düşünürəm ki, "Kopenhagen" də üzr istəməli olacaq. Ən azından UEFA bunun qəbuledilməz olduğunu söylədi".

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. 

writer photo
Əlirza Əlirzalı
0