Varandan Səudiyyə Ərəbistanı qərarı
23.08.2023 - 12:44
Varandan Səudiyyə Ərəbistanı qərarı

“Mançester Yunayted”in futbolçusu Rafael Varan gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi İngiltərə klubunda qalmaq niyyətindədir.

Səudiyyə Ərəbistanından təkliflər alan 30 yaşlı futbolçu asiyalılarla danışıqlar belə aparmayacaq. O, Mançester təmsilçisini tərk etmək barədə düşünmür.

Qeyd edək ki, Varan 2021-ci ilin iyulunda “Real”dan “Mançester Yunayted”ə keçib.
 

writer photo
Əlirza Əlirzalı
0