Vexorst "Mançester Yunayted"dən necə təklif aldığını söylədi
17.01.2023 - 21:16
Vexorst "Mançester Yunayted"dən necə təklif aldığını söylədi

“Düzünü desəm, menecerim əvvəlcə nömrəmi yığdı. Mən sevgilimlə tək idim və o, üzümü görəndə bir az şoka düşdü".

Apasport.az xəbər verir ki, bunu Niderland millisinin və "Mançester Yunayted"in hücumçusu Vaut Vexorst deyib. O, "Mançester Yunayted"in onu almaq istədiyini necə öyrəndiyini açıqlayıb:

"Mən isə "Uff" deyirəm. Beləliklə, bu, şübhəsiz ki, xüsusi və çox xoş bir an idi.

Belə böyük klubda oynamaq mənim üçün möhtəşəmdir. Həmişə demişəm ki, futbolçu və insan kimi buna hazıram. İndi bu nəhəng çağırışın öhdəsindən gəlmək üçün doğru andır”.

writer photo
Əlirza Əlirzalı
0