“Yuventus”un başı dərddən qurtulmur
11.10.2023 - 15:36
“Yuventus”un başı dərddən qurtulmur

“Yuventus”un başı dərddən qurtulmur.

Apasport.az xəbər verir ki, Turin klubunun futbolçusu Nikola Fagiolinin qeyri-qanuni mərc oyunlarında iştirak etdiyi iddia olunur.

Turin prokurorluğu və İtaliya Futbol Federasiyası istintaq çərçivəsində oyunçu haqda raport hazırlayıb. Əgər İtaliya millisinin də şərəfini qoruyan 22 yaşlı yarımmüdafiəçinin günahı sübuta yetirilərsə, onu 3 il futboldan uzaqlaşdırılma cəzası gözləyir.

Qeyd edək ki, Fagioli bu mövsüm “qoca sinyora”nın heyətində 6 matça çıxaraq, bir məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0