“Yuventus”un futbolçusu “Çelsi”yə lazım olmadı
05.11.2022 - 16:42
“Yuventus”un futbolçusu “Çelsi”yə lazım olmadı

“Çelsi” futbolçusu Denis Zakarianı vaxtından əvvəl geri qaytarmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, “Yuventus”dan icarəyə götürülən yarımmüdafiəçi qışda İtaliya klubuna dönəcək.

25 yaşlı futbolçunun qaytarılmasını baş məşqçi Qrem Potter tələb edib. O, isveçrəlini komandasında saxlamağa ehtiyac görmür.

Qeyd edək ki, Zakaria cari mövsümdə “Çelsi”də keçirdiyi 1 oyunda 1 qol vurub. 

writer photo
Əlirza Əlirzalı
0