Zidana yeni klub
04.05.2023 - 14:32
Zidana yeni klub

Zinəddin Zidanı baş məşqçi postuna gətirmək istəyən daha bir klubun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssisin xidmətində “Marsel” maraqlıdır.

Liqa1 təmsilçisinə qədər PSJ, “Real” və “Yuventus” da 51 yaşlı mütəxəssisə elçi düşüb. Buna komandanın indiki baş məşqçisi İqor Tudorun da Turin klubundan təklif alması səbəb olub. Xorvatiyalı “Yuventus”a getməyə razılıq versə, marsellilər Zidanla danışıqlara başlayacaq.

Qeyd edək ki, Zidan 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb.

writer photo
Əlirza Əlirzalı
0