"Bayer" Xabi ilə vidalaşdı  - Rəsmi
                    
                    09.05.2025 - 17:03
                        
                    
                    "Bayer" mövsümün sonunda komandadan ayrılacaq baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, Almaniya klubu sosial şəbəkə hesablarında ispaniyalı mütəxəssisə təşəkkür edib:
"Professor, məşqçidən daha çox əfsanə. Hər şeyə görə təşəkkür edirik".
Xabi Alonsonun yeni mövsümdən "Real"ı çalışdıracağı gözlənilir.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir. Leverkuzen klubu ötən mövsüm Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionu olub. Bu mövsüm isə "Bayer" 2-ci yeri təmin edib.
                                
                                0
                                
                                0