Premyer Liqada həftənin oyunçusu müəyyənləşib
27.08.2025 - 17:20
Premyer Liqada həftənin oyunçusu müəyyənləşib

İngiltərə Premyer Liqasında başa çatan ikinci turdan sonra həftənin oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, "Tottenhem"in yarımmüdafiəçisi Joao Palinya bu ada layiq görülüb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçunun "Mançester Siti"yə qarşı 2:0 qələbə qazandıqları matçda göstərdiyi performans həftənin ən yaxşısı seçilməyinə səbəb olub.

Qeyd edək ki, ötən tur bu ada Palinyanın komanda yoldaşı Riçarlison layiq görülmüşdü.