Seriya A klubu "Yunayted"in futbolçusu ilə maraqlanır
01.03.2025 - 13:45
Niderlandlı forvard Coşua Zirkze “Mançester Yunayted”i tərk edə bilər.
Apasport.az xəbər verir ki, futbolçunun daha əvvəl çıxış etdiyi İtaliya çempionatına qayıtmaq imkanı var.
Belə ki, İtaliya təmsilçilərindən "Bolonya" 23 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Həmçinin "Napoli" də futbolçunun xidmətində maraqlıdır.
Coşuanın bazar dəyəri 42 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2029-cu ilin iyunun sonunda başa çatacaq.
- Rəşad Sadıqov: "Hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadır"
- "Ayaks" "Liverpul"un oyunçusunu heyətinə qatıb - Rəsmi
- "Bayer" "Qarabağ" travmasını unutmayıb: Adminləri qorxur - FOTO
- "Liverpul"dan növbəti transfer rekordu
- Aygül Abdullayeva Belçika və Niderlandda ölkəmizi hakim kimi təmsil edəcək
0
0