"Qarabağ" ilin son görüşündə qələbə qazanıb - YENİLƏNİB
21.12.2025 - 16:55
"Qarabağ" ilin son görüşündə qələbə qazanıb - YENİLƏNİB

Misli Premyer Liqasının XVI turu davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən oyun saat 15:00-da start götürüb.

Turun maraqla gözlənilən qarşılaşmalarından olan bu matçda qonaqlar qələbə qazanıb - 2:1. 

Misli Premyer Liqası

XVI tur 

15:00. "Qəbələ" - "Qarabağ" 1:2

Qol: Prins Ovusu, 6, Bədavi Hüseynov 27, M.Yankoviç 79

Qəbələ şəhər stadionu