AFFA-nın Hakimlər Komitəsinin sədri Murad Məmmədov Macarıstana gedəcək
29.03.2008 - 18:58
AFFA-nın Hakimlər Komitəsinin sədri Murad Məmmədov Macarıstana gedəcək
Bakı. Mehman Süleymanov-APA-Sport. AFFA Hakimlər Komitəsinin sədri Murad Məmmədov Macarıstana yollanacaq. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, M.Məmmədov 21 yaşlı futzalçılardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin aprelin 7-dən 12-dək Macarıstanda keçiriləcək 5-ci qrupunun oyunlarında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Bu qrupda meydan sahibləri ilə yanaşı, Qazaxıstan, Belarus və Latviya yığmaları mübarizə aparacaq.
0