Azərbaycan yığmasının baş məşqçisi UEFA-nın seminarına qatılacaq
29.03.2008 - 18:59
Azərbaycan yığmasının baş məşqçisi UEFA-nın seminarına qatılacaq
Bakı. Aqşin Əliyev-APA-Sport. Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın üzvü olan ölkələrin müxtəlif yaş qruplarından ibarət yığmalarının məşqçiləri üçün seminar keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə Azərbaycanı U-19-un baş məşqçisi Yaşar Vahabzadə və U-21-in çalışdırıcısı Əfqan Talıbov təmsil edəcək. Həmyerlilərimiz aprelin 7-də Bakı-Frankfurt-Lissabon reysi ilə səfərə çıxacaqlar. Həmin gün öz işinə başlayacaq seminarda öncə nəzəri məşğələlər olacaq. Növbəti günlərdə Y.Vahabzadə və Ə.Talıbov da daxil olmaqla, bütün məşqçilər Portuqaliyanın ayrı-ayrı klublarına baş çəkəcəklər, məşq proseslərinin, oyuna hazırlığın və digər məqamların canlı şahidi olacaqlar. Seminara aprelin 11-də yekun vurulacaq.
0