Elmar Xeyirov Belarusda ilk rəsmi matçına çıxıb
30.03.2008 - 09:51
Elmar Xeyirov Belarusda ilk rəsmi matçına çıxıb
Minsk. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycanın gənclərdən ibarət yığma komandasına namizəd olan Elmar Xeyirov Belarusun “MTZ-RİPO” klubunda rəsmi debüt edib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı futbolçunun çıxış etdiyi Minsk təmsilçisi ölkə kubokunun ilk ¼ final matçını keçirib. E.Xeyirovun komandası öz meydanında “Qomel” klubuna 4:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqəni təmin edib. Klubun baş məşqçisi Yuri Puntus bu görüşdə 21 yaşlı yarımmüdafiəçiyə Belarus kubokunda debüt etmək şansı verib. Matçın 90-cı dəqiqəsində meydana çıxan E.Xeyirov “Qomel”lə oyunadək yalnız yoldaşlıq matçları və “Darida kuboku” turnirində meydana çıxıb. Qeyd edək ki, “MTZ-RİPO” ¼ final mərhələsinin cavab oyununu aprelin 2-də keçirəcək.
0