“Gənclərbirliyi”nin dörd baş məşqçisi “Xəzər-Lənkəran”la oyundan sonra istefa verib
30.03.2008 - 11:16
“Gənclərbirliyi”nin dörd baş məşqçisi “Xəzər-Lənkəran”la oyundan sonra istefa verib
Sumqayıt. Vüqar Xeyrullayev-APA-Sport. Sumqayıtın “Gənclərbirliyi” klubunun tarixi ərzində olan altı baş məşqçisindən dördünü “Xəzər-Lənkəran” istefaya göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, yalnız iki baş məşqçi - Adel Amruş və İliye Karp Sumqayıt təmsilçisindən cənubluların müdaxiləsi olmadan ayrılıb. Azərbaycan Premyer Liqası tarixində “Xəzər-Lənkəran”la 8 qarşılaşmanın 4-də böyük hesabla məğlub olan sumqayıtlılar hər dəfə məşqçi istefası ilə üzləşib. 2004/05 mövsümündə türkiyəli Mehmet Tayfun Türkmən 0:6, onu əvəzləyən Mahir Əliyev 0:5 hesabı ilə lənkəranlılara uduzduqdan sonra istefa vermişdi. 2006/07 mövsümündəki 0:3-dən sonra Əfqan Talıbov “Gənclərbirliyi” ilə yollarını ayırıb. Martın 29-da yenə “Xəzər-Lənkəran”a böyük hesabla – bu dəfə 0:5 hesabı ilə uduzan “Gənclərbirliyi”nin baş məşqçisi istefa verib. 2004/05 mövsümü ərəfəsində komandadan ayrılan Sabir Əliyev birinci dəfə klubundan “Xəzər-Lənkəran”a məğlubiyyət olmadan istefa vermişdisə, cənublular bu dəfə onu da məyus edib.
0