Azərbaycan və Rusiya futbol yığmaları İmişlidə yoldaşlıq görüşü keçirəcəklər
30.03.2008 - 11:36
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Bakıda təlim-məşq toplanışında olan Rusiya ilə İmişlidə yoldaşlıq görüş keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Assosiasiya rəsmisinin bildirdiyinə görə, matçın yerinin Bakıdan İmişliyə dəyişdirilməsində əsas məqsəd regionlarda futbolu kütləviləşdirməkdir: “İstəyirik ki, rayonlarda yığmamızın oyununa baxsınlar. Biz rusiyalılarla qarşılıqlı razılığa gəlmişik və onlar İmişliyə getməyə etiraz etməyiblər”. Azərbaycan - Rusiya qarşılaşması aprelin 2-də saat 12-də “MKT-Araz” klubunun da ev oyunlarını keçirdiyi Heydər Əliyev adına İmişli şəhər stadionunda başlanacaq. Buna baxmayaraq, yığmamız Özbəkistanla aprelin 6-da paytaxtın “Şəfa” stadionunda üz-üzə gələcək.
0
0