Qyoko Hacievski: “Azərbaycanda ilk dəfə ad günümü qeyd etməyim mənim üçün əlamətdardır”
30.03.2008 - 12:31
Qyoko Hacievski: “Azərbaycanda ilk dəfə ad günümü qeyd etməyim mənim üçün əlamətdardır”
“Ölkənizdə özümə qarşı böyük diqqət və sayğı görürəm. Mənə Azərbaycan milli komandasının baş məşqçi postu da etibar olundu. İndiyədək ad günlərimin əksərini ölkədən kənarda keçirməli olmuşam ki, bu da işimlə bağlıdır. Tale elə gətirdi ki, bu dəfə doğum günümü Azərbaycanda qeyd edəcəyəm. Hər halda, bu, maraqlı və yadda qalan olaydır. Sözsüz ki, bunu “Neftçi” ilə oyundan sonra yüksək əhval-ruhiyyədə qeyd etməyim yaxşı olardı”. 1955-ci il təvəllüdlü Q.Hacievskinin anadan olduğu martın 31-i ölkəmizdə matəm günü sayılır. Belə ki, 90 il öncə həmin tarixdə ermənilər tərəfindən azərbaycanlıların soyqırımı olub. Bu haqda ölkəmizdə olarkən eşidən makedoniyalı ad gününü apreldə ailəsinin əhatəsində qeyd edəcək: “Ailə üzvlərim Makedoniyada olduğu üçün ad günümdə yaxınlarından burada heç kim olmayacaq. Ancaq xanımım və kiçik qızımın yolunu gözləyirəm. Onlar apreldə Azərbaycana gələcəklər. Həyat yoldaşım kiçik qızımın dərsləri ilə əlaqədar orada qalmalı olur. Hər halda, xanımımla tez-tez danışıram, internetdə məktublaşırıq. Bilirəm ki, ailə üzvlərim ad günümə hədiyyə alıb və Bakıda onu mənə təqdim edəcəklər”.


0