“İnter”in 4 futbolçusu “Karvan”a qarşı oynamayacaq
02.04.2008 - 17:04
Bakı. Mehman Süleymanov-APA-Sport. “İnter” Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində aprelin 6-da keçiriləcək Yevlaxın “Karvan” klubu ilə oyun öncəsi heyətlə bağlı ciddi problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın baş məşqçisi Valentin Xodukin qarşıdakı matçda 4 əsas futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Bunlar Qoran Emin İmaməliyev, Elvin Məmmədov, Qoran Arnaut və Petar Zlatinovdur. İlk üç futbolçu zədəli olduğu üçün komandanın qrup halında məşqlərində iştirak etmir. P.Zlatinov isə cəzalı olduğundan “Karvan”a qarşı oynamaq imkanından məhrumdur. Premyer Liqanın ikinci dövrəsindən ölkəmizdə çıxış edən 27 yaşlı bolqarıstanlı futbolçu 6 oyunda 4 sarı vərəqə almağa imkan tapıb.
Qeyd edək ki, hesabında 8 sarı vərəqə olan Qoran Arnaut “İnter”də ən çox cəzalanan futbolçudur.
Qeyd edək ki, hesabında 8 sarı vərəqə olan Qoran Arnaut “İnter”də ən çox cəzalanan futbolçudur.
0
0