“Turan” Premyer Liqada 400-cü oyununa çıxacaq
10.04.2008 - 10:56
Tovuzluların oyun sayında digər iki klubdan geri qalması bəzi mövsümlərdə iştirakçıların müxtəlif sayda matç keçirməsi ilə bağlıdır. 1992-ci ildən indiyədək keçirdiyi 399 çempionat oyununda “Turan” 204 qələbə qazanıb, 71 heç-heçə edib və 124 dəfə məğlub olub. Tovuz təmsilçisi rəqib qapılarına 545 top vurduğu halda, öz qapısında 414 qol görüb. Bu görüşlərdə 48 böyük hesablı qələbə qazanan komanda 27 dəfə belə məğlubiyyət alıb. “Turan”ın 399 qarşılaşmasından 21-də texniki qələbəyə sevinib. Daha iki dəfə qərblilərə məğlubiyyət verilib. Tovuzluları 16 ili əhatə edən 399 oyuna yeddi mütəxəssis - Zahid Hüseynov, Ruslan Abdullayev, Kazbek Tuayev, Xanoğlan Abbasov, Nizami Sadıqov, Naci Şensoy, Sakit Alıyev baş məşqçi kimi çıxarıb. Yubiley matçında isə klub Nizami Ocaqverdiyevin rəhbərliyi altında mübarizə aparacaq.
Qeyd edək ki, 400-cü oyununu ikinci dövrədə keçirən digər iki komanda öz meydanında yubiley qələbəsi qazanıb. “Qarabağ” “Xəzər-Lənkəran”ı 2:0, “Neftçi” “Bakı”nı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 400-cü oyununu ikinci dövrədə keçirən digər iki komanda öz meydanında yubiley qələbəsi qazanıb. “Qarabağ” “Xəzər-Lənkəran”ı 2:0, “Neftçi” “Bakı”nı 3:2 hesabı ilə məğlub edib.
0
0