“İnter” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib
14.04.2008 - 16:47
“İnter” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının XXII turunda dəyişiklik edilib. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 20-də keçirilməsi nəzərdə tutulan “İnter” – “Qarabağ” oyunu bir gün sonraya təyin edilib. “İnter”in Azərbaycan kuboku uğrunda aprelin 23-də cavab yarımfinal oyununda görüşəcəyi “Neftçi” qarşıdakı turda “Simurq” ilə aprelin 19-da qarşılaşacaq. Belə olan halda, Azərbaycan kubokunda çıxışını davam etdirən komandaların Premyer Liqanın təqviminə əsasən vəziyyəti bərabər olmayacaq. AFFA həmçinin, ədalətli oyun prinsipləri, eyni zamanda 2007/08 mövsümünün futbol üzrə Azərbaycan çempionatının və Azərbaycan kuboku uğrunda yarışın Əsasnaməsinin 3.21 maddəsi və “İnter”in müraciətini nəzərə alaraq, “Qarabağ” ilə görüşünün vaxtını dəyişdirib. Qeyd edək ki, “İnter” kimi ev oyununu “Şəfa” stadionunda keçirən “Standard”ın da “Xəzər-Lənkəran”ı aprelin 20-də qəbul edəcəyi nəzərə alınıb.
0