Xaqani Məmmədov ilk islahatını aparıb
15.04.2008 - 15:48
Xaqani Məmmədov ilk islahatını aparıb
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri təyin edilən Xaqani Məmmədov ilk islahatını aparıb. “APA-Sport” agentliyinin məlumatına görə, Premyer Liqa və ölkə kubokunda tətbiq edilən püşkatma ləğv olunub. Oyunlara hakimlərin püşk yolu ilə təyin edilməsi ötən ilin iyulun 15-dən HK-ya sədrlik edən Murad Məmmədovun dövründə həyata keçirilib. Praktika cari mövsümdən tətbiq olunmağa başlayıb ki, bunda əsas təşəbbüskar klublar olub. M.Məmmədovu HK-nın sədri postunda əvəzləyən X.Məmmədov dünyanın heç bir ölkəsində istifadə olunmayan bu praktikanı ləğv edib.
0