“Bakı” klubu Makedoniya Futbol Federasiyasına şikayət edib
15.04.2008 - 17:48
“Bakı” klubu Makedoniya Futbol Federasiyasına şikayət edib
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bakı” klubu hücumçusu Çvetan Çurlinovla bağlı Makedoniya Futbol Federasiyasına (MFF) rəsmi müraciət edib. Bu haqda “APA-Sport” agentliyinə klubun baş meneceri Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, baş katib Nikola Kostovun adına rəsmi məktub ünvanlanıb: “Üç həftə öncə düşərgəmizi tərk edərək, geri qayıtmaq istəməyən Çurlinovla bağlı FİFA-ya şikayət etmək planımız qüvvədə qalır. Sadəcə, ilk olaraq MFF-yə müraciət etməyi lazım bildik. İndi cavab gözləyirik. Bundan sonra lazım gələrsə, FİFA-ya da şikayət edəcəyik”. Z.Məmmədov bildirib ki, Ç.Çurlinovun özü ilə əlaqə saxlamağa çalışsalar da, zəngləri cavabsız qalır: “Çvetan uşaqlıq edir. Onun ayağında zədə aldığı deyilsə də, fikrimcə, onun beyni zədəlidir. Çurlinov elə düşünməsin ki, az məbləğdə pul verməklə canını qurtaracaq. O, ilk növbədə həmyerlisi, komandamızın baş məşqçisi Qyoko Hacievskiyə qarşı hörmətsizlik edib. İki illik müqavilə bağladığımız Çvetan başqa kluba özbaşına keçə bilməz. Onun transferi “Bakı”dan asılıdır”.
0