Georgi Nikolov: “Biz “Neftçi” klubundan üstünük”
22.04.2008 - 15:51
Georgi Nikolov: “Biz “Neftçi” klubundan üstünük”
Almaniyalı hakimlərin idarəçiliyindən razı qalan bolqarıstanlı klub rəhbəri “Neftçi” ilə Premyer Liqa matçını xatırladıb: “Ötən ay keçirilən həmin matçda 0:2 hesabı ilə uduzsaq da, hakimliklə bağlı heç bir iradımız olmadı. Almaniyalı hakimlər yüksək səviyyədə oyun idarə edirlər”. G.Nikolov obyektiv hakimliklə yarımfinal səddini aşacaqlarına inanır. Onun sözlərinə görə, finala çıxmaq şansları “Neftçi”dən çoxdur: “Bu baxımdan bir faiz olsa belə, rəqibdən üstünük. Səfərdə keçirdiyimiz ilk oyunda qeydə alan 2:2 hesablı bərabərlik də lehimizədir. Ancaq bu məhsuldar heç-heçəyə görə qətiyyən arxayınlaşmaq olmaz. Mən futbolçulara ilk oyunu unutmağı tövsiyə etmişəm”.
0