“Neftçi” finala çıxmaq üçün “İnter”in 361 günlük seriyasını qırmalıdır
22.04.2008 - 16:00
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu ölkə kubokunun finalına vəsiqəni oyunda qazanmaq üçün “İnter”in 361 günlük seriyasını qırmalıdır. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı baş məşqçi Valentin Xodukinin yetirmələri öz meydanında keçirdiyi son 14 oyunda məğlub olmayıb. Flaqman 4 ildən sonra yenidən finalda oynamaq üçün ən azı “İnter”in bu seriyasını qırmalıdır. V.Xodukinin komandası son dəfə ötən il aprelin 28-də öz meydanında məğlub olub. O vaxt “İnter” “Bakı” ilə Premyer Liqa oyununda 0:1 hesabı ilə uduzub. Üç və daha çox top vuraraq heç-heç etməklə də mərhələ keçə biləcək “Neftçi”nin rəqibinin evdə 3 və daha çox qol buraxmamaq seriyası daha uzundur.
- AÇL: Yusuf fərqləndi, “Əl-Hilal” qələbə qazandı
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
0
0