Branimir Subaşiç: “Hər şeyi bəxtlə əlaqələndirmək olmaz”
22.04.2008 - 18:25
Onun sözlərinə görə, son oyunlarda rəqiblərin müdafiəyə diqqət yetirməsi işlərini çətinləşdirir: “Olimpik” və “Simurq” müdafiədə oturmaqla, bizi vacib xallardan məhrum etdi. “İnter” də ilk matçda 2:2 hesablı nəticəyə nail olduğu üçün, sabah müdafiəyə böyük diqqət yetirəcək. Oyun “Şəfa” stadionunun sintetik qazonda yenə isti havada keçsə, işimiz lap çətinləşəcək. Üstəlik, görüşü bu dəfə də almaniyalı hakim idarə edəcək. Bütün bunlar heç mənim ürəyimcə deyil. Həm də son vaxtlar meydanda özümü gümrah hiss etmirəm. Görünür, İspaniyadakı təlim-məşq toplanışını buraxmağım indi mənfi təsirini göstərir”. “İnter”ə son iki oyunda qol vuran 26 yaşlı futbolçu bu seriyasını davam etdirmək niyyətindədir: “Finala çıxmaq üçün qələbə qazanmalıyıq. Bunun üçün bir hücumçu kimi məndən qol tələb olunduğunu yaxşı başa düşürəm. “İnter”ə son oyunlarda qol vurduğum epizodlarda bəxtim də gətirib. Bu dəfə də belə olsa, “İnter”ə qol vuracağam. Artıq üç ildir Azərbaycanda çıxış etsəm də, nəinki çempion olmamışam, heç ölkə kubokunun finalında da oynamamışam”.
Qeyd edək ki, “Neftçi” son üç ildə kubokda mübarizəni yarımfinalda dayandırıb.
Qeyd edək ki, “Neftçi” son üç ildə kubokda mübarizəni yarımfinalda dayandırıb.
0
0