Berti Foqts sabah mətbuat konfransı keçirəcək
23.04.2008 - 11:15
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah mətbuat konfransı keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 62 yaşlı almaniyalı mütəxəssis vətəninə yollanmamışdan öncə AFFA-nın inzibati binasında media nümayəndələri ilə görüşüb, onların suallarını cavablandıracaq. O, iki həftə öncə təqdimetmə mərasimindən sonra izlədiyi klubların məşq prosesləri, Premyer Liqa və ölkə kubokunun oyunları haqda təəssüratlarını jurnalistlərlə bölüşəcək. B.Foqts üç həftə vətənində qalacaq. O, bu müddətdə milli komandamızla bağlı bir sıra məsələləri həll edəcək. Belə ki, B.Foqts yığmamızda köməkçi olmağa namizəd həmyerliləri ilə danışıq aparacaq və futbolçularımızın tibbi müayinədən keçəcəyi institutu müəyyənləşdirəcək. Almaniyalı mütəxəssis mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra dəvət göndərdiyi 30 futbolçu ilə birgə Almaniyaya yollanmağı planlaşdırıb. Bu səfər iyunun ilk günlərində keçiriləcək Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşünə hazırlıq prosesi öncəsi milli üzvlərinin tibbi yoxlanışdan keçirilməsi üçün nəzərdə tutulub.
Mayın 15-də Bakıya qayıdacaq B.Foqts klub məşqçiləri ilə görüşüb məlumatlar əldə edəcək. Aşağı yaş qruplarından ibarət yığmalarımızı çalışdıran almaniyalı Bernard Lippert Premyer Liqa matçları haqda lazımi informasiyalar toplayıb, onu həmyerlisini təqdim edəcək.

0
0