“İnter” – “Olimpik” görüşünü almaniyalı Peter Sippel idarə edəcək
23.04.2008 - 11:52
Qarşılaşmanın baş hakimi münhenli Peter Sippel olacaq. Onun köməkçiləri həmyerliləri Taliçtenberq şəhərini təmsil edən Kristian Dingert və hamburqlu Kristian Soltov olacaq. Çempionluq uğrunda böyük önəm kəsb edən qarşılaşma aprelin 28-də “Şəfa” stadionunda keçiriləcək.
39 yaşlı Peter Sippel 5 ildir FİFA hakimidir. Almaniyalı hakimin idarə etdiyi son 4 matç heç-heçə nəticələnib. Boyu 180 sm, çəkisi 77 kq olan P.Sippel cari mövsümdə Bundesliqanın 12 oyununu idarə edib. Bu qarşılaşmalarda 42 sarı vərəqə göstərən hakim yalnız bir futbolçunu meydandan qovub. Bu da “Borussiya” – “Verder” (3:0) matçında baş verib.
Bundesliqada sonuncu dəfə aprelin 15-də “Herta” – “Hamburq” (0:0) oyunda baş hakim olub. Maraqlıdır ki, P.Sippelin mart ayından sonra idarə etdiyi 4 matçın hamısı heç-heçə bitib, son iki oyunda isə qol da vurulmayıb. Ümumilikdə, 12 qarşılaşmanın yarısında heç-heçə qeydə alınıb. Meydan sahibləri 4, qonaqlar isə 2 qələbə qazanıb.
Bundesliqada 105, ikinci Bundesliqada 89, Almaniya kubokunda 13, Liqa kubokunda 1 oyunda fit çalıb. Beynəlxalq oyunlarda da iştirak edən P.Sippel yalnız bir dəfə yığmalar səviyyəsində qarşılaşma idarə edib. İki il əvvəl keçirilən İsveç - İtaliya yoxlama matçından (1:1) başqa, avrokubok görüşlərinin hakimi olub. Çempionlar Liqasının təsnifat mərhələsində 2, UEFA kubokunun biri ilkin mərhələdə olmaqla, 10 qarşılaşmanı da P.Sippel idarə edib. Bu oyunların 4-ü 2007/08 mövsümünə təsadüf edib. “Beşiktaş” (Türkiyə) – “Şerif” (Moldova) 1:0, “Tobol” (Qazaxıstan) – “Qrotslin” (Polşa) 0:1, “Larisa” (Yunanıstan) – “Blekbern” (İngiltərə) 2:0 və “Elfsborq” (İsveç) – AEK (Yunanıstan) 1:1 görüşlərinə təyin olunub.
Maraqlıdır ki, “Qrotslin” “MKT-Araz”ı UEFA kubokundan kənarlaşdırdıqdan sonra onların oyununa P.Sippel təyin olunub. Bakıda onun köməkçiləri olacaq FİFA dərəcəsi daşımayan 28 yaşlı Kristian Dingert cari mövsüm Bundesliqada 16, 33 yaşlı Kristian Soltov 9 dəfə idarəçilik edib.

0
0