“Olimpik” – “Neftçi” oyununun hakimi Tunis çempionatına dəvət alıb
23.04.2008 - 14:07
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Aprelin 13-də keçirilən “Olimpik” – “Neftçi” oyununun hakimi Tunisə ezam olunacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən matçın yan xətt hakimi Torsten Şiffner bu dəfə Afrikaya göndərilib. “Olimpik” – “Neftçi” matçında Knut Kirxerin köməkçisi olan T.Şiffner Tunis çempionatının oyununa təyin olunub. Onun da yer aldığı almaniyalı hakimlər briqadası Tunis çempionatının 23-cü turunda keçiriləcək “Esperansa” – “Klab Afrikan” matçını idarə edəcək.
0
0