“Neftçi” Avropa klublarının reytinq cədvəlində 17 pillə geriləyib
23.04.2008 - 15:13
“Neftçi” Avropa klublarının reytinq cədvəlində 17 pillə geriləyib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” Avropa klublarının reytinq cədvəlində 17 pillə geriləyib. “APA-Sport” agentliyinin məlumatına görə, son bir həftə ərzində keçirdiyi yeganə oyunda “Simurq”la heç-heçə edən flaqman ən güclü 100 komandanın siyahısını tərk edib. Hər həftə yenilənən siyahıda qitənin 3049 komandası yer alıb. “Olimpik”in 1, “İnter”in 15, “Qəbələ”nin 20 pillə irəlilədiyi cədvəldə Azərbaycanın digər 11 komandası geriləyib. Daha çox – 74 pillə aşağı düşən “Gənclərbirliyi” Avropada yalnız 3 komandanı qabaqlayır. Siyahıya isə “Mançester Yunayted” (2050,51) başçılıq edir.

66 (ötən həftə - 67). “Olimpik” 1819,80
96 (111). “İnter” 1790,56
104 (87). “Neftçi” 1787,99
333 (320). “Xəzər-Lənkəran” 1704,13
1067 (1062). “Bakı” 1598,65
1264 (1284). “Qəbələ” 1582,03
1289 (1289). “Qarabağ” 1578,18
1667 (1645). “Simurq” 1552,80
2341 (2295). “Karvan” 1498,01
2356 (2312). “Standard” 1495,95
2807 (2737). “Masallı” 1422,09
2937 (2869). “Turan” 1374,64
2953 (2889). ABN 1365,68
3046 (2972). “Gənclərbirliyi” 1194,12
0