Azərbaycanın UEFA Regional Kubokundakı təmsilçisinin oyunlarının təqvimi müəyyənləşib
26.08.2008 - 10:17
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanı həvəskar komandalar arasında keçirilən UEFA Regional Kubokunda təmsil edəcək “Avey”in seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşib. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən verdiyi məlumata görə, 8-ci qrupda yer alan “Avey” ilk matçına sentyabrın 11-də çıxacaq. Komandamız birinci turda Slovakiya klubunu sınağa çəkəcək. Bundan iki gün sonra Latviya, sentyabrın 15-də isə Estoniya ilə oyun baş tutacaq. Qrup mərhələsinin bütün matçları Slovakiyada keçiriləcək.
Qeyd edək ki, “Avey” yalnız qrup qalibi olacağı təqdirdə, final mərhələsinə adlayacaq.
Qeyd edək ki, “Avey” yalnız qrup qalibi olacağı təqdirdə, final mərhələsinə adlayacaq.
0
0