Azərbaycan Premyer Liqasının IV turunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb
26.08.2008 - 13:25
Azərbaycan Premyer Liqasının IV turunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, növbəti turda Ceyhun Haşımov cari mövsümdə ilk dəfə baş hakim funksiyasını yerinə yetirəcək. Turun ən maraqlı görüşlərindən biri “Qarabağ” - “Bakı” matçını idarə edəcək Babək Quliyev isə ardıcıl 4 tur baş hakim kimi təyinat alan yeganə ədalət təmsilçisidir. O, artıq “Bakı”nın bir səfər oyununun hakimi olub və bu komandanın “Neftçi” üzərindəki qələbəsini (1:0) qeydə alıb. Turun prinsipial qarşılaşması FİFA hakiminə tapşırılıb. Belə ki, “Neftçi” - “Simurq” görüşündə ədalət prinsiplərini Fariz Yusifov qoruyacaq.

IV tur
30 avqust (şənbə)
“Xəzər-Lənkəran” - NBC
Baş hakim: Ceyhun Haşımov
Hakim köməkçiləri: Habil Əliyev, Vasif Məmmədov, Ramiz Əhmədov

“Neftçi” - “Simurq”
Baş hakim: Fariz Yusifov
Hakim köməkçiləri: Roman Vasilyev, Vaqif Musayev, Fuad Həsənov

“İnter” - “Qəbələ”
Baş hakim: Azad Mütəllimov
Hakim köməkçiləri: İqor Şpakovski, Akif Adıgözəlov, Zöhrab Qədiyev

“Qarabağ” - “Bakı”
Baş hakim: Babək Quliyev
Hakim köməkçiləri: Azər Əsgərov, Eldar Nağıbəyov, Hacıəli Ağayev

31 avqust (bazar)
MOİK - “Turan”
Baş hakim: Rasim Məmmədov
Hakim köməkçiləri: Mehman Mahmudov, Vaqif Ayvazov, Rauf Cabarov

“Karvan” - “Standard”
Baş hakim: İmanxan Sultani
Hakim köməkçiləri: Emil İsgəndərov, Əliyar Ağayev, Elçin Məmmədov

“Bakılı” - “Olimpik”
Baş hakim: Rövşən Əhmədov
Hakim köməkçiləri: Səbuhi Əmrahov, Rauf Məmmədov, Əli Əliyev
0