Bir iclasdan 7330 manat qazanc
23.09.2008 - 13:57
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Nizam-İntizam Komitəsinin bu gün keçirilən iclasında 7330 manatlıq cərimə kəsilib. “APA-Sport”un məlumatına görə, qurum Azərbaycan Premyer Liqasının son turunda “Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində meydançaya azarkeşlər tərəfindən kənar əşyalar atıldığı üçün ev sahiblərini 2000 manat cərimələyib.
“Standard” “Bakılı” ilə görüşdə 4 futbolçusu sarı vərəqə ilə aldığı üçün 1000 manat ziyana düşüb. Cavad Mirzəyev (“Simurq”), Bəşir Müqədi (“Olimpik”) və Givi Çxetianinin (“Bakılı”) son turda aldıqları ikinci sarı vərəqə ucbatından cəzaları eyni olub: bir oyun diskvalifikasiya və 200 manat cərimə.
“Karvan”la görüşdə rəqibi ayağı ilə vurduğu üçün birbaşa qırmızı vərəqə alan “Bakı”nın futbolçusu Cəmşid Məhərrəmov isə iki oyunluq cəzaya və 2000 manatlıq cəriməyə məruz qalıb.
Qeyd edək ki, NİK-nin əvəzedicilər, birinci divizion və futzalla bağlı kəsdiyi cərimələrin məbləği ümumilikdə 1830 manat təşkil edib.

0
0