Venger: “Bu, nəyə lazım idi?”
23.09.2008 - 15:09
Venger: “Bu, nəyə lazım idi?”
Bakı. Kənan Həsənov - APA-Sport. “Bilmirəm, bu, nəyə lazım idi. Ərəb şirkətinin bu əməliyyatdan pul qazanacağı da inandırıcı görünmür. Bəlkə kluba olan sevgi? Həmin insanların uşaq vaxtlarından kluba azarkeşlik etməsinə də əmin deyiləm”. “APA-Sport”un məlumatına görə, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger söyləyib.

“Abu Dhabi United Group” şirkətinin “Mançester Siti” klubunu ələ keçirməsindən narazı qalan fransalı mütəxəssisi komandanın gələcəyi narahat edir: “Ərəblər bu işə oyuncaq kimi baxırlarsa, onda vəziyyət çox təhlükəlidir. İngiltərə Premyer-Liqasında 20 milyarder ola bilər. Amma nəticədə onlardan yalnız biri qalib gələcək. klubları satın alan şəxslər hər şeydən bezib getdikdə, özlərindən sonra nə miras qoyacaqlar”.
0