Qaskoynu ölməyə də qoymurlar
23.09.2008 - 15:10
Bakı. Mehman Süleymanov - APA-Sport. Alkoqollu içkilərə qurşanan İngiltərə futbolunun keçmiş ulduzu Pol Qaskoyn bundan əl çəkmək fikrində deyil. “APA-Sport”un məlumatına görə, 41 yaşlı Pol hətta məşhur irland futbolçu Corc Bestin dul xanımı Aleksin sözünə də qulaq asmayıb. Qadının telefon zəngini vecinə almayan Qaskoyn bu azmış kimi, Portuqaliyadakı narkoloji klinikadan qaçıb. Beş ulduzla oteldə içkinin əhatəsində olan veteran futbolçu ona göz yaşları içərisində zəng edən həyat yoldaşı və qızının klinikaya qayıtmaqla bağlı xahişini kobud şəkildə cavablandırıb. Pol yaxınlarına ona rahat ölməyə imkan yaratmalarını deyib.
Qeyd edək ki, aparılan müayinə futbolçunun mədəsinin tamamilə pis vəziyyətə düşdüyünü göstərib. Pol xəstəxanaya bel nahiyəsindəki zədəyə görə düşdüyünü, bunun içki ilə heç bir bağlılığının olmamağı ilə bağlı boş-boş çərənləyib.

0
0