Milli çempionatda faciə
23.09.2008 - 15:34
Milli çempionatda faciə
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bolqarıstan çempionatının oyunu zamanı futbolçu dünyasını dəyişib. “APA-Sport”un məlumatına görə, faciə birinci dəstədə çıxış edən “Preslav” və “Aksakova” klublarının qarşılaşması zamanı baş verib. 1991-ci il təvəllüdlü Svetoslav Nikolovun qəflətən ölməsi matçın yarımçıq dayandırılmasına səbəb olub. Hesab 0:0 olarkən komandalar fasiləyə yollanıb. Soyunub-geyinmə otağında oturmuş Nikolovun dili qatlanıb. Həkimlərin, həmçinin polislərin müdaxiləsindən sonra 17 yaşlı futbolçu təcili yardım maşınına qoyulub. Lakin maşında oksigen balonunun olmamağı Svetoslavın ürəyinin dayanması ilə nəticələnib. Çempionatda iştirak üçün sağlamlıq haqda arayış təqdim etmiş mərhum futbolçunun hansı səbəbdən ölməsi ilə bağlı araşdırmalara başlanıb.
0