“Qalatasaray”ın futbolçusuna 7 tikiş qoyulub
23.09.2008 - 15:48
“Qalatasaray”ın futbolçusuna 7 tikiş qoyulub
Bakı - APA-Sport. “Qalatasaray” klubu Türkiyə Superliqasının növbəti turunda “Konyaspor”a qarşı keçirəcəyi oyunun hazırlığına tam heyətlə başlaya bilməyib. “APA-Sport”un məlumatına görə, buna səbəb komandanın bir neçə futbolçusunun zədəli olmasıdır. Ölkə çempionatının son turunda “Cim Bom”un daha bir üzvü zədələnib.
Belə ki, “Kocaelispor”la görüşdə Şabani Nonda sıradan çıxıb. Kamerunlu hücumçu sol ayağından zədə alıb. Oyundan sonra Bakırköy Acıbadem Xəstəxanasına aparılan futbolçunun ayağına 7 tikiş qoyulub. Nondanın “Konyaspor”la görüşdə forma geyinib-geyinməyəcəyi məlum deyil.
Hazırda “Qalatasaray”ın heyətində 12 futbolçu zədəlidir. Nondadan başqa, Əmrə Güngör, Uğur Uçar, Arda Turan, Məhmət Topal, Tobias Linderot, Orkun Uşak, Ümit Karan, Serkan Çalık, Barış Özbek, Səbri Sarıoğlu və Hakan Baltanın da səhhətində problem var.
0